Bu barədə oxucular məlumat verib. Belə ki, iki gün bundan əvvəl 93 qəpiyə satılan "Premium” artıq 4 qəpik artaraq 97 qəpik olub.
İqtisadiyyat və Sənaye Nazirliyi ölkədə benzinin qiymətnin qalxmasıyla bağlı açıqlama verib.
Simsar.az-a danşan İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib ki, qiyməti qalxan "Premium Euro-95” markalı xaricdə istehsal olunan benzindir: "Bu yanacaq markasının qiymətinin artmasına səbəb dünya bazarlarında neftin qiymətinin dəyişilməsidir. Dünya bazarında qiymət artan kimi, burdakı bazara da təsir edir. Bu benzinin qiymətinə isə Tarif Şurası nəzarət etmir”.
