İşğal altındakı Ağdamın Yusifcanlı kəndinin ordumuz tərəfindən azad edilib.
Mia.az ölkə.az-a istinadən xəbər verir ki, bunu sözügedən saytın döyüş zonasına ezam olunmuş müxbiri deyib.
Qeyd edək ki, bundan əvvəl Ağdam rayonunun Bayramlar kəndinin ordumuz tərəfindən azad olunduğun xəbəri yayılıb.
Saytın muxbiri bildirir ki, əvvəllər ermənilərin nəzarətində olan Yusifcanlı kəndinin yaxınlığındakı bizə məxsus mövqe və gözətçi postu ərazidə növbə çəkən əsgərlərimizin irəliləməsi nəticəsində boşalıb. Hadisəni yerində araşdırmaq üçün əraziyə yollanan müxbirimiz yayılan xəbərin doğru olduğunu görüb. Əvvəllər ermənilərin intensiv atəşi altında olan əraziyə sanki sükut çöküb. Ordumuzun əsgərlərinin köhnə postdan Yusifcanlıya doğru yerləşən daha iki erməni postunu ələ keçirdiyi və Yusifcanlını azad etdiyi bildirilir.
Yusifcanlıya bir neçə yüz metrə qalmış ordumuzun əsgərləri müxbirimizi daha irəli buraxmayıblar. Hərbi sirri yaymamaq məqsədi ilə əsgərlərimizin görüntüsünü sayta yerləşdirmirik.
Müxbirimizin Yusifcanlıdan hazırladığı fotoreportajda tam olaraq ermənilərin nəzarətində yerləşən Qarqarçayın qurumuş yatağı artıq tam olaraq bizim nəzarətimizdədir. Müxbirimiz çəkdiyi görüntüləri Qarqarçayı rahat surətdə keçərək çəkib.

