Sığınacaqdan verilən məlumata görə, qadının başında və bədənində döyülmənin izləri hələ də qalır: "Yüksək vəzifədə işləyən bu məmur qadına ağır xəsarət yetirib və onu şikayət edəcəyi təqdirdə uşaqları ona verməyəcəyi ilə hədələyib. Bu artıq qadının belə ağır döyülməsi ilə bağlı ikinci hadisədir. Uşaqları əlindən alınaraq evdən qovulan qadın bir həftədir ki, sığınacaqda yerləşdirilib. Məsələ ilə bağlı hüquqi proses başladılacaq”-deyə sığınacaqdan bildirilib.
interpress.az