Blogger Mehman Hüseynov Azərbaycan ordusunun zirehli texnikasının yükləndiyi dəmiryol eşelonunun Tovuz-Qazax istiqamətində hərəkət etdiyini əks etdirən foto yayıb.
Fotoda zirehli transportyorlar yüklənmiş eşelondan söhbət gedir. Ehtimal edilir ki, bütün təmas xətti boyu Ermənistan ordusunun həmlələri ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi cəbhəyə əlavə hərbi texnika cəmləşdirir.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib ki, bütün cəbhə xətti boyunca ağır texnika yerləşdirilir. Bu da nazir Zakir Həsənovun əmri ilə edilir.
V.Dərgahlı əlavə edib ki, Zakir Həsənov cəbhə xətti ilə daimi təmasdadır, vəziyyətə şəxsən nəzarət edir və generallara və komandirlərə lazımi tapşırıqlar verir(Virtualaz.org)