Dünən cəbhədə baş verən şiddətli döyüşlər zamanı ölkə xaricində olan Zakir Həsənov birbaşa döyüş bölgəsinə gəlib

 
Bu barədə Axar.az-a məlumat etibarlı mənbələrdən daxil olub. Bildirilir ki, Zakir Həsənovun dünənə qədər rəsmən məzuniyyətdə imiş:
 
"Zakir Həsənov dünən bu xəbəri eşidəndən sonra dərhal Bakıya qayıdıb. O, rəsmi məzuniyyətində olub. Zakir Həsənov həmin vədədə Türkiyənin Bodrum şəhərində istirahətdə idi”.
 
Mənbəmizin bildirdiyinə görə, general-polkovnikə hadisə məruzə ediləndən dərhal sonra ölkəyə qayıdıb. Hazırda nazirin döyüş bölgəsində olduğu söylənilir. Onun hadisə ilə birbaşa maraqlandığı vurğulanır.
 
Müdafiə naziri hazırda cəbhə bölgəsindədir.