Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilk kadr təyinatını həyata keçirib.
Komitə sədri 28 yaşlı Amil Cavadovu özünə köməkçi təyin edib. Amil Cavadov Ağdamda anadan olub, Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olduqdan sonra hərbi xidmətə yollanıb. 2009-cu ildə əmək fəaliyyətinə elə YAP Ağdam rayon təşkilatında təlimatçı qismində başlayıb. Bir neçə aydan sonra YAP Ağdam rayon təşkilatının Gənclər Birliyinin sədri seçilib. Bununla yanaşı, həm də Ağdam Rayon İcra Hakimiyyətində İnformasiya təminatı və təhlil sektorunda işləyib.
Azvision.az