Sülh və Demokratiya İnstitunun (SDİ) direktoru Leyla Yunus saxlanılıb.
Bu barədə məlumatı AzNews.az-a Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhramanlı deyib.
O bildirib ki, bu gün Leyla Yunus Milli Şuranın təşkil etdiyi narkotiklərə qarşı mübarizəyə həsr olunan tədbirinə qatılmaq üçün gedən zaman 3 nəfər şəxs tərəfindən avtomobilə mindirilərək naməlum istiqamətə aparılıb.
M. Qəhrəmanlı əlavə edib ki, Leyla Yunusun həyat yoldaşı Arif Yunusun də həbs ediləcək: "Polislər onun yaşadığı evin qapısı döyülər, çölə çıxmasını tələb edirlər. Yəqin onu da həbs edəcəklər".
A. Yunusun özü ilə danışmaq isə mümkün olmayıb.
***
Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev isə deyib ki, Leyla Yunus Milli Şuranın bu gün narkotiklərə qarşı mübarizəyə həsr olunan tədbirində mərizəçi kimi çıxış edəcəydi: "Milli Şura RATİ-nin ofisində tədbir keçirir. Biz də hazırda həmin tədbirdəyik. Leyla Yunusun isə yaşadığı binanın yaxınlığında saxlanıldığına dair məlumatımız var”.