Göygöl rayon Mədəniyyət və Turizm
şöbəsinin kollektivi həmin şöbədə yaxın günlərə qədər məsləhətçi işləmiş Şahin Məmmədovun şikayətləri ilə bağlı Mia.az-a
məktub göndəriblər.
Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin kollektivi, Mədəniyyət işçiləri Həmkarlar İttifaqının Göygöl rayon Komitəsinin üzvləri yazıblar ki, onlar 25 iyul 2014-cü il tarixdə iclas keçiriblər və həmin iclasda da KİV-ə müraciət qəbul olunub. Şahin Məmmədovun şikayətlərindən biri Mia.az-da yayımlandığından şöbə həmin müraciətin bir nüsxəsini də Mia.az göndərib.
Mia.az həmin müraciəti təqdim edir:
«Biz, Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin bütün kollektivi Sizə müraciət edərək bildiririk:
2011-ci ildən bizim şöbədə məsləhətçi vəzifəsində işləyən Şahin Məmmədov əslinədə ziyalı adından uzaq , kitabları əzbərləyərək "ali təhsil” almış robortdan başqa bir şey deyildir. Kollektivdə qalmaqal, narazılıq salmaqla işçiləri, xüsusən qadınları təhqir etməklə işini bitmiş hesab edirdi. O, özündən razı, eqoist biri olmaqla , vəzifə səlahiyyətlərini aşaraq, işçilərə qışqıraraq "mənim buna səlahiyyətim çatır” deyirdi. Əmək funksiyalarını yerinə yetirmir, icra intizamına riayət etmir, etik davranış qaydalarını kobudcasına pozur, Azərbaycan Respublikası Prezidentinə və müxtəlif dövlət orqanlarına şöbənin fəaliyyəti haqqında böhtan xarakterli ərizələr yazmaqla, Mədəniyyət və Turizm Nazirliyinin və Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin nüfuzuna mənfi təsir göstərirdi.
Bütün kollektiv onun doğru yolda
olmadığını başa salmağa çalışsa da, onu düz yola çəksə də, Şahin Məmmədov öz
yolundan dönmədi. Nəhayət, kollektiv onun işdən azad edilməsi haqqında cənab
Nazirə müraciət etdi.
Hörmətli media nümayəndələri! Sizə müraciət edirik: belə bir xarakterə malik adamın boş yalanlarına inanmamağınızı xahiş edirik . Siz hər halda bir nəfərə deyil kollektivə inanarsınız.
Göygöl rayon Mədəniyyət və
Turizm şöbəsinin bir qrup işçiləri: 120
nəfər
Göygöl rayon Mədəniyyət İşçiləri
Həmkarlar komitəsinin sədr
müavini: G.İmanova.
Rayon Mədəniyyət Məkəzinin direktoru: A.Qurbanov
A.Şəmşir adına uşaq musiqi məktəbinin direktoru: N.Quliyeva.
H.Əliyev mərkəzinin direktoru A.Mehdiyev
Tarix diyarşünaslıq muzeyinin direktoru R.İbrahimova
MKS-nin direktoru: İ.Əliyeva.
3 saylı şəhər klubunun müdiri: A.Əliyev.
2 saylı şəhər klubunun müdiri: R.Cəfərov.
H.Əliyev Mərkəzinin işçiləri: S.Quliyeva
"----------------------" S.Ağakişiyeva.
"----------------------" X.Həsənova
"----------------------" Ş.Məmmədova
"----------------------" S.Mehdiyeva.
"----------------------" R.Namazova
və s. işçilər».