Kənd sakinlərindən birinin veridyi məlumata görə digər yaralının da vəziyyəti ağırdır. Düşmənin fasiləsiz atəşi nəticəsində 10-a yaxın ev yararsız hala düşüb.
Kənd sakini deyib ki, düşmənin mövqeyi Əlibəylini atəş altında saxlamaq üçün əlverişlidir: "Bizim mövqelərimizdən onların kəndlərini adekvat şəkildə atəş altında saxlamaq olmur. Bundan istifadə edirlər. Camaatın mal heyvanı küçələrdə qalıb. Hər kəsə atəş açırlar”. Kənd sakini deyib ki, ordumuz düşmənə cavab verir(Musavat.com).