Prezidentin mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubovun ötən ildən həbsdə olan bacısı oğlu Osman İsayev azadlığa buraxılıb.
Bu barədə "Yeni Müsavat”a verilən məlumata görə, O.İsayev üç gün əvvəl azadlığa çıxıb. Qeyd edək ki, ötən ilin sentyabrında Xətai Rayon Məhkəməsinin qərarı ilə O.İsayev və əmisi oğlu Sultan İsayev 2 il, Amil Şirəliyev 2, Rauf Həsənli isə 3 il 6 ay iş alıb.