"Livanda atəşkəs üçün tarixi fürsət yaranıb"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT sözçünün müavini Farhan Haq gündəlik mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) Hizbullah ilə İsrail arasında mümkün atəşkəs razılaşması ilə bağlı prosesi çox yaxından izləyir: "BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) və BMT-nin Livan üzrə Xüsusi Koordinatoru atəşkəs razılaşmasının həyata keçirilməsinə dəstək üçün hər cür fədakarlığa hazırdır. Biz bütün diplomatik səyləri dəstəkləyirik və tərəfləri daha sabit və təhlükəsiz gələcək üçün bu fürsətdən yaralanmağa çağırırıq".
BMT rəsmisi danıqşıar gedə-gedə İsrailin Livanı intensiv bombardman etməsini də yolverilməz sayıb: "Artıq savaş dayanmalıdır".
Xatırladaq ki, yayılan xəbərlərə görə, "Hizbullah" və İsrail arasında mümkün atəşkəs bu gün səhər qüvvəyə minəcək.
Tahir Şəlvəli
MİA.AZ