Almaniya Rusiya liderti Putinin nüvə doktorinasını yeniləməsindən dərhal sonra mümkün III Dünya Müharibəsi təhlükəsinə qarşı hazırlıqlara başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq rəsmi Berlin yeraltı sığınacaq planı hazırlayıbr.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putinin Qərbə qarşı hərbi hücum təhdidlərindən sonra Almaniyada “yeraltı sığınacaq”la bağlı plan təsdiqlənib.

"Bild" qəzeti yazır ki, bu qərar müxalifət və Federal Mülki Müdafiə Agentliyinin (BBK) ola biləcək bir hücum və ya müharibə riskinə qarşı sığınacaqların hazırlanması ilə bağlı xəbərdarlıq etməsindən sonra verilib.

Qəzetin məlumatına görə, plana əsasən, vətəndaşlara ən yaxın sığınacağa qədər olan məsafəni göstərmək üçün mobil proqram da hazırlanacaq: "Paralel olaraq indiyə qədər olan sığınacaqlar təftiş olunur, çatışmayan nə varsa təmin olunur, bəzi bölgələrdə isə yeni sığınacaq imkanları aranır. Hətta bəzi dövlət binalarının zirzəmilərinin sığınacaq halına salınması gündəmə gətirilib. Bununla yanaşı, metrostansiyalarında sığınacaq üçün zəmin hazırlanmasına start verilib".

Lamiyə Əhmədli
MİA.AZ