ABŞ Ədliyyə Nazirliyi ölkənin yeni seçilmiş prezidenti Donald Trampla bağlı qərar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qərara əsasən, ona qarşı 2020-ci il seçkilərinə müdaxilə iddiası ilə açılan işi ləğv olunub.

Prokuror Cek Smit bildirib ki, nazirlik Trampa qarşı seçkiyə maneçilik iddiasından imtina edib.

Trampın sözçüsü Steven Şeunq isə deyib ki, Ədliyyə Nazirliyinin qərarı konstitusiyaya uyğun olmaqla, qanunun aliliyi üçün böyük bir qələbədir.

Xatırladaq ki, Tramp seçkiqabağı mitinqlərində ona qarşı cinayət aktı hazırlayan prokuror Smiti vəzifəsinin icrasına başlayan kimi istefaya göndərəcəyini demişdi.

Lamiyə Əhmədli

MİA.AZ