Pakistanın şimal-qərbində 4 gündür şiə və sünni əşirətlər (tayfalar) arasında silahlı toqquşmalar davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Hayber Paxtunxva əyalətinin paytaxtı Peşəvərdən 218 kilometr uzaqlıqda - Əfqanıstanla sərhəddə yerləşən Kurram bölgəsində başlayan şiə və sünni əşirətləri arasında çoxlu sayda insan həyatı ilə vidalaşıb.
Pakistan mətbuatı yazır ki, 4 gün içində davam edən döyüşdə hər iki tərəfdən ümumilikdə azı 92 nəfər öldürülüb: "İndiyədək azı 200-dən çox yaralı var, onların çoxunun vəziyyəti ağır sayılır".
Məlumata görə, hakimiyyət mənsubları bölgəyə təşrif buyuraraq əşirət liderləri ilə görüşüb, onları sakitliyə dəvət ediblər: "Ancaq görünən odur ki, bu qanlı savaş hələ davam edəcək".
Hayber Paxtunxva əyalətinin sözçüsü Məhəmməd Əli Seyf bildirib ki, tərəfləri bir araya gətirmək və barışdırmaq üçün səylər davam edir.
Xatırladaq ki, noyabrın 21-də süni yaraqlılar Kürrəmdə şiələri daşıyan sərnişin avrobusunu çarpaz atəşə tutması nəticəsində azı 42 nəfər öldürülüb. Bundan sonra savaş başlayıb.
Onu da qeyd edək ki, 240 milyon əhalisi olan Pakistanda 40 milyona yaxın şiə yaşayır.
Firudin Səfərli
MİA.AZ