Çində güclü qarla bağlı əhaliyə xəbərdarlıq edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin şimal-şərqində gözlənilən dondurucu hava kütləsi və qar fırtınası fövqələda hallarü zrə qurumları "ayağa qaldırıb".

Çin Milli Meteorologiya Mərkəzindən bildirilib ki, hava temperaturu yaxın 4 gündə daha 6-10 dərəcə aşağı düşəcək: "Bu gün və sabah Daxili Monqolustan Muxtar Bölgəsində və ölkənin şimal-şərqindəki Heylongciang, Cilin və Liaoniq əyalətlərində qar fırtınası gözlənilir,. Əahliyə dondurucu və güclü qarla bağlı sarı xəbərdarlıq elan olunur. Sürücü və piyadalara qarlı hava şəraitində daha diqqətli olmaları tövsiyə edilir",

Xəbərdarlıqda müvafiq qurumlar avtomobil yolları, dəmir yolları, elektrik verilişi və kommunikasiya xətləri ilə bağlı lazımi tədbirlər görməyə çağırılıb.

Lamiyə Əhmədli 
MİA.AZ