Azərbaycan Pakistanda başsağlığı verib.
Mia.az xəbər verir ki, XİN-in bu barədə paylaşımında deyilir: "Pakistanın Kurram bölgəsində çoxlu dinc sakinin silahlı hücum nəticəsində ölməsi və yaralanması xəbərindən təsirləndik. Bu dəhşətli hücumla əlaqədar həlak olanların ailələrinə və Pakistan hökumətinə dərin hüznlə başsağlığı veririk".
Xatırladaq ki, dünən Pakistanın Hayber Paxtunxva əyalətinin Bannu bölgəsində bir "canlı bomba" terroru baş verib, daha sonra isə hərbçilərə atəş açılıb. Nəticədə azı 12 hərbçi ölüb, xeyli yaralı var.
Kurram bölgəsində isə bu gün avtobusa hücum olub, nəticədə 28 dinc sakin ölüb, 33 yaralı var.
MİA.AZ