Naxçıvan Səhiyyə Nazirliyində aparılan korrupsiya araşdımalarından sonra bir neçə yüksək vəzifəli şəxsin saxlanıldığı bildirilir. Onlar haqqında həbs-qətimkan tədbiri seçilməsi gözlənilir.
Mia.az-ın məlumatına görə, bu barədə "Gündəlik Naxçıvan“a nazirlikdəki mənbələr məlumat verib.
Məlumatda nazir Samiq Sadıxovun da həbs olunacağı iddia olunur: "O, Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyti və Naxçıvan "Tibb Müəssisələrinin İdarəetmə Birli"yi ilə əlbir olub, milyonlarla manatı mənimsəməkdə ittiham olunur. Bu iki qurumun rəhbərlərinin də saxlanılanlar arasında olduğu bildirilir".
Mənbənin bildirdiyinə görə, noyabrın 20-də nazirlik əməkdaşları ilə birlikdə muxtar respublikadakı bütün xəstəxanaların direktor və vəzifəli şəxsləri yerli DTX-ya aparılıblar: “Üç gündür ki, nazirlikdə yoxlamalar gedirdi. Bu gün müavinlər də daxil olmaqla bir neçə vəzifəli şəxsİ gəlib, DTX-ya apardılar. Bundan əlavə bütün xəstəxanaların rəhbərliyini DTX-ya yığıblar. Söhbət milyonlarla manat dövlət vəsaitinin mənimsənilməsindən, rüşvət hallarından gedir. Dindirildikdən sonra onların çoxunu sərbəst buraxıblar. Deyilənə görə, hədəfdə nazirdir. Agentliyin rəbhəri Vüsal Məmmədov və Tibbi Sığorta müridi Elnur İbrahimovun saxlanıldıqları dəqiqdir. Onlar nazirlə əlbir olub, milyonlala manatı mənimsəməkdə ittiham olunurlar. Digər saxlanılanlarla bağlı hələlik dəqi məlumat yoxdur deyə, ad çəkə bilmərəm”.
Yazıya rəsmi münasibəti də əlavə etməyə hazırıq