Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.
Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayyıb.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır: "Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət etsin!"
Məlumat üçün qeyd edək ki, Tağıyev Bəhri Fərman oğlu Kəngərli rayonunun Xok kəndində dəfn olunub.