Ukrayna Böyük Britaniyanın verdiyi "Storm Shadow" ("Fırtına kölgəsi") raketləri ilə ilk dəfə Rusiya ərazisinə zərbələr endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb.
Bildirilib ki, Ukrayna bu gün Rusiyanın Kursk vilayətinin Marino qəsəbəsindəki rus və koreyalı hərbçilərin mövqelərini bu raketlərlə vurub.
Məlumatda itkilər barədə informasiya verilməyib.
Ancaq qeyd edilib ki, bu raketlər 250 kilometrdən uzaq hədəfləri dəqiqliklə vurmaq imkanına sahibdir.
Xatırladaq ki, dünən Rusiya Amerika istehsalı olan raketlərlə Kurska 6 raet atıldıöını təsdiqləmişdi.
Lamiyə Əhmədli
MİA.AZ