Norveç vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Hoibi saxlanılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.

Məlumata görə, ərköyün Marius Borq Hoibi "müqavimət göstərməsi mümkün olmayan" bir qadını zorlayıb: "Hoibi paytaxt Osloda huşunu itirmiş və ya başqa səbəblərdən zorlamaya müqavimət göstərə bilməyən birinə cinsi təcavüz etməkdə ittiham olunur".

Polis qadının harada və hansşı şəraitdə zorlanması, o cümlədən kimliyi barədə əlavə məlumat verməyib.

Norveç mediası kral titulu və ya rəsmi vəzifəsi olmayan Hoibinin ittihamı rədd etdiyini yazsa da, qadının vəkili Hege Salomon müvəkkilinin məhz onun tərəfindən zorlandığını bəyan edib: "Hazırda müvəkkilim çox çətin günlər keçirir..."

Hadisəyə Kraliyyət sarayından rəsmi münasibət bildirilməyib.

Xəbərdə o da deyilir ki, ərköyün övladın əvvəllər də avtomobili vəsiqəsiz idarə etmək, başqa şəxsə zərər vurmaq və sair kimi qanun pozuntularında da adı hallanıb.

Samir Musayev
MİA.AZ