Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində daha bir təyinat olub.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən APA-ya verilən məlumata görə, İlham Bayramov Agentlik sədri Zaur Mikayılova müavin təyin edilib.

Qeyd edək ki, İlham Bayramov 1970-ci ildə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində (Deputat Musa Urudun kəndi -Mia.az)  anadan olub. O, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya” fakültəsinin məzunudur.

Son təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin Baş direktoru vəzifəsində çalışıb.

Yeri gəlmişkən, MİA.AZ bir müddət əvvəl Dövlət Su Ehtiyatları Agentliynin tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sədr əvəzi və müavin təyinatı barədə ilk xəbəri yayıb.

Həmin məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://mia.az/w1074449/xidmete-sedr-evezi-ve-yeni-muavin-teyin-olunub-baki-sukanal-idaresinin-reisi-ve-bezi-sobe-mudirlerinbspdeyisib-yeni-teyinatlar-olub-siyahi-2024-11-13-112358