Bu gün Ukrayna ordusu Amerika istehsalı olan raketlərlə Rusiyanın Bryansk bölgəsinə zərbələr endirib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna ordusu Amerika istehsalı olan uzaqmənzilli taktiki ATACMS raketləri ilə Braynsk vilayətinin Rusiya ərazisinə zərbələr endirib: "Ümumilikdə Bryansk bölgəsinə 6 ballistik raket fırladılıb və onların hər biri S-400 və “Pantsir” hava hücumundan müdafiə raket sistemləri ilə bloklanıb. Daha dəqiqi, onlardan 5-i vurulub, 1-i isə qismən sıradan çıxarılıb. Həmin raketin hissələri Bryansk vilayətində hərbi bazanın texniki zonasına düşüb"

Xəbərdə deyilir ki, hadisə zamanı ölüm olmayıb.

Firudin Səfərli

MİA.AZ