Rusiya prezidenti Vladimir Putin nüvə silahının tətbiqi ilə bağlı doktrinanı təsdiqləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yeni qanuna əsasən, əgər ölkəyə ballistik raketlər atılarsa, dərhal nüvə silahları işə salınacaq: "Yeni doktrinada bir ölkə başqa bir nüvə silahına malik ölkənin dəstəyi ilə Rusiya ərazisinə ballistik raket hücumu həyata keçirərsə, Rusiyaya nüvə cavabı verməyə icazə verilir"

Xatırladaq ki, ABŞ Ukraynaya uzun mənzilli Amerika silahları ilə Rusiya ərazisinə zərbəyə icazə verib. Bu icazədən bir gün sonra isə Putinin bu qərarı imzalaması dqiqəti çəkir.

Tahir Şəlvəli

MİA.AZ