ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 9 uşaq atası, keçmiş konqresmen Şon Daffini nazir təyin edəcək.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, sahibi olduğu sosial media platforması "Truth Social"da yazıb.
Tramp bildirib ki, keçmiş konqresmen Şon Daffinin nəqliyyat naziri vəzifəsinə namizədliyini elan etməkdən qürur duyur: "Daffi karyerasına Viskonsinda prokuroru kimi başlayıb. Daha sonra Viskonsin ştatından Konqresə seçilib. Daffi Amerikanın magistral yollarını, tunellərini, körpülərini və hava limanlarını yenidən qurarkən mükəmməlliyə, rəqabətə və gözəlliyə üstünlük verəcək. O, bu yeniliklərlə iqtisadiyyatımıza xidmət göstərəcək"
Daffinin həm də "FoxNews" ulduzu Raşel Camposun əri və 9 uşaq atası olduğuna diqqət çəkən Tramp yazıb ki, bu, onun necə mükəmməl insan olmasını sübut edir.
Samir Musayev
MİA.AZ