Brazilyada keçirilən G20 Liderlər Sammitinin 85 bənddən ibarət bəyannaməsi yayılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyannamədə Qəzzada baş verən humanitar fəlakət, İsrail-Livan sərhədindəki münaqişələr və Ukraynadakı müharibə, həmçinin yoxsulluq, dünyada bərabərsizlik, aclıq və süni intellektdən istifadə və sair kimi ümdə problemlərə toxununlub.

Liderlər Qəzza zolağında humanitar vəziyyət "fəlakətli" olaraq qəbul eidb və fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu tanıyıblar.

Bununla yanaşı, İsrail-Livan sərhədində hərtərəfli atəşkəs dəstəklənib, Ukraynadakı müharibənin qlobal ərzaq və enerji təhlükəsizliyinə mənfi təsirləri sadalanıb, nüvə silahı ilə bağlı ölkələrə çağırış yer alıb.

Bəyannamədə aclıq, yoxsulluq və bərabərsizliklə mübarizə qətiyyəti də xüsusi vurğulanıb.

Lamiyə Əhmədli
MİA.AZ