İsrailin 409 gündür müharibə elədiyi Qəzzada ölənlərin sayı artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza  Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, son 24 saatda həyata keçirilən hücmlarda daha 76 nəfər ölüb, 158 nəfər isə yaralanıb: "Bununla da 2023-cü il oktyabrın 7-dən etibarən Qəzzada həlak olan dinc əhalinin sayı 43922-yə, yaralıların sayı isə 103 min 898-ə çatıb"

Tahir 
MİA.AZ