Bu gün Pakistanın Hayber Paxtunxva əyalətinin Bannu bölgəsində bir "canlı bomba" terroru baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "kamikadze"nin partladığı bombadan sonra bölgədə təhlükəsizlik qüvvələri iləa tışma çıxıb.
Məlumata görə, nəticədə ümumilikdə 12 təhlükəsizlik əməkdaşı həyatını itirib, 6 silahlı terrorçu isə məhv edilib.
Pakistan ordusundan bildirilib ki, bölgədə sabitlik bərpa olunub: "Hazırda sakitlikdir. Nəzarət artırılıb"". açıqlama verilib".
Məlumatda deyilir ki, Pakistanda son vaxtla belə hadisələr artıb. Belə ki, Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva və Bəlucistan əyalətlərində puştun və bəluc etnik qruplarından ibarət silahlı dəstələr tez-tez hərbçilərə hücum edirlər.
Tahir Şəlvəli
MİA.AZ