Bu gün dünya iqtisadiyyatının əsas hissəsini formalaşdıran 19 ölkə, o cümlədən Avropa və Afrika birliyinin liderləri Braziliyanın Rio-de-Janeyro şəhərində G20 Sammitinə toplaşır.

Mia.az Türkiyə mətbuatına istandla xəbər verir ki, bu məqsədlə Prezident Rəcəb Tayyib Ərdoğan Braziliyaya gedib.

Ərdoğan 18-19 noyabr tarixlərində Müasir İncəsənət Muzeyində keçiriləcək zirvə toplantılarına qatılacaq.

Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan, Xarici İşlər Naziri Hakan Fidan, Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək, Prezidentin Kommunikasiyalar direktoru Fahrettin Altun, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri Akif Çağatay Kılıç, AK Partiya sədrinin müavini və partiya sözçüsü Ömər Çelik və Braziliyadan bəzi səlahiyyətlilər də  səfərə qatılıblar.

Türkiyə liderini Galeao Hava Bazasında Braziliya Xarici İşlər Nazirliyinin rəsmiləri qarşılayıb.

Məlumatda o da deyilir ki, G20 çərçivəsində “Sosial inklüzivlik və aclıq və yoxsulluqla mübarizə”, “Qlobal idarəetmə institutlarının islahatı” və “Dayanıqlı inkişaf və enerji” adlı üç sessiya keçiriləcək: "ABŞ prezidenti Co Bayden sonuncu dəfə sammitdə iştirak edəcək. Rusiya prezidenti Putin sammitdə iştirak etməyəcəyini bəyan edib".

Onu da qeyd edək ki, G20 ölkələri dünya iqtisadiyyatının 85 faizini və dünya əhalisinin üçdə ikisini əhatə edir. 

Lamiyə Əhmədli

MİA.AZ