ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp vəzifəsinin ilk günündə İsrailə silah və döyüş texnikasının ötürülməsinə qoyulan bütün məhdudiyyətləri və gecikmələri dərhal aradan qaldıracaq

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” televiziyası məlumat yayıb.

Telekanal iddia edib ki, bu məsələ noyabrın 5-dən, yəni Trampın prezident seçilməsi dəqiqləşəndən bəri 3 dəfə Baş nazir Binyamin Netanyahu ilə onun arasında baş tutan telefon danışığında çmüzaklirə olunub: "Hər danışıqda da Tramp Netanyahuya söz verib ki, bütün məhdudiyyətlər dərhal aradan qaldırılmaqla yanaşı, silah və digər yardımlar artırılacaq"

Xatırladaq ki, Tramp 2025-ci il yanvarın 20-də prezident səlahiyyətlərinin icrasına başlayacaq.

Samir Musayev
MİA.AZ