Bu gün İsrail Livanın paytaxtı Beyrutun mərkəzinə endirdiyi hava zərbəsi ilə "Hizbullah"ın daha bir nüfuzlu şəxsini "aradan götürüb".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan mediası yazıb.
Bildirilib ki, hava zərbəsi nəticəsində ölən bir nəfər "Hizbullah" sözçüsü Məhəmməd Afifi olub.
Məlumatda deyilir ki, o, Beyrutun mərkəzində Ras an-Naba rayonunda binada vuurlub: "O, ölsə də, yanındakı 3 nəfər ağır yaralanıblar".
"Hizbullah"dan məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Tahir Şəlvəli
MİA.AZ