Türkiyənin Malatya şəhərində yenə zəlzələ olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtilə saat 11.46-da Malatyanın Doğanşehir rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.

İlkin məlumata görə, zəlzələdə ölən və yaralanan olmayıb.

Ləman

MİA.AZ