Məşhur müğənni Zeynep Baştıkın "Yaşayan ən seksual türk qadını" seçilməsi ölkədə maraqlı müzakirəyə yol açıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə keçirilən sorğunu X sosial mediada qısa zamanda 12 milyondan çox insan izləyib.
Məlumata görə, sorğu ilə bağlı minlərlə şərh və paylaşımlar olub.
Diqqətçəkən paylaşımlardan biri də məşhur aktyor Cem Özerdən gəlib.
O, vaxtilə "Ən seksual türk kişiləri" sorğunda ilk yeri tutduğunu iddia edib:
"Bir vaxtlar ən seksual türk kişisi mən idim. Erdal İnönü də eyni siyahıda idi".
Ləman
MİA.AZ