İsrail ordusu Beyruta güclü hücuma hazırlaşır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Ordusunun sözçüsü Aviçay Adraee Beyrutun Dahiyə rayonundakı Qubeyri rqəsəbə sakinlərinə xəbərdarlığında anons verilib.
Sözçüsü xəritə yayaraq,əhaliyə xəbərdarlıq edib ki, qeyd olunan bölgəni təcili tərk etmək vacibdir: ""Hizbullah"a məxsus və onun xeyrinə istifadə edilən obyektlərin yaxınlığındasınız, yaxın gələcəkdə bura İsrailin güclü formada hədəfi olacaq. Sizin və ailənizin təhlükəsizliyi üçün əlavə olunmuş xəritədə qeyd olunan binaları dərhal boşaltmalısınız".
Ordu rəsmisi xüsusi vurğulayıb ki, Dahiyə bölgəsindəki Qubeyridəki hündürmərtəbəli binalardan ən az 500 metr uzaq durulmalıdır.
Xatırladaq ki, adıçəkilən bölgə Hizbullahın qalası sayılır
Firudin Səfərli
MİA.AZ