Sabiq
səhiyyə
naziri
Əli
İnsanov
yeni məhkəmə
savaşından da məğlub ayrılıb.
Mia.az-a daxil olan məlumata görə, sabiq nazir ədliyyə
naziri, general Fikrət Məmmədovla Pentensiar Xidmətinin rəisi, general Mədət Quliyevə
qarşı şikayətinə ötən gün Bakı Apelyyasiya Məhkəməsində baxılıb. Hakim Elmira
Nağıyevanın sabiq nazirin bir neçə tələbdən ibarət olan şikayəti üzrə verilən
qərar isə müsbət olmayıb: "Hakim Elmira Nağıyeva 2 sayıl Bakı İnzibati-İqtisadi
Məhkəmənin qərardadını dəyişdirmədən qüvvədə saxlayıb”.
Xatırladaq ki, Əli İnsanov həm Avropa
İnsan Hüquqları Məhkəməsinin 14 mart 2013-cü il tarixli qərarının icrası edilməməsi,
həm ağır şəraitdə saxlanılmaqla işgəncəni davam etdirilməsi, həm də müraciətlərinə
mahiyyəti üzrə cavab verilməməsi ilə bağlı iddia qaldıraraq, bu öhdəliyin cavabdehlərə
həvalə edilməsi ilə yanaşı, mənəvi zərərə görə 100.000 (yüz min) manat
kompensasiyanın hər iki general rütbəli vəzifəli şəxslərdən tutulmasını tələb edirdi.