Donetsk vilayətində Malayziyaya məxsus Boeing təyyarəsi qəzaya uğrayıb. MİA APA-ya istinadən xəbər verir ki, təyyarə antiterror əməliyyatı zonasında vurulub. İlkin məlumata görə, təyyarənin göyərtəsində 295 nəfər olub. Təyyarə Donetsk vilayətinin Qrabovo yaşayış məntəqəsi yaxınlığında yerə düşüb. Təyyarənin Amsterdam – Kuala-Lumpur marşrutu ilə uçduğu bildirilir. 

*** 

Boeing-777 təyyarəsinin qəzaya uğradığı yerdə 100 cəsəd tapılıb. Reuters agentliyi xəbər verir ki, şahidlərin sözlərinə görə, cəsədlərin hissələri bir neçə kilometrə səpələnib.