Rəqqasə Fatimə Fətəliyevanın səhhətində problem yaranıb.
Bu haqda sənətçi qonaq olduğu “İncə səhər” verilişində məlumat verib.
Fətəliyeva bildirib ki, naşı stomatoloq onun dişlərini səhv müalicə edib:
“Tanınmış diş həkiminin yanında getdim. Adını açıqlamayacağam. O, dişlərimi bərbad vəziyyətə qoydu. 6 aydan sonra dişlərimi müalicə edirəm. Çox əziyyət çəkirəm. Üzüm dişimə görə şişib. Gecə mənə müvəqqəti dişlər qoydular ki, səhər sizin verilişinizə gələ bilim. O həkimin adının açıqlayıb pislik etmək istəmirəm. Mən pis insan deyiləm. Pulsuz olanda belə olur da...
Amma indi pulumu vermişəm, yenidən düzəltdirirəm. Mən dişlərimi o həkimlə reklam qarşılığında düzəltdirdim. Onu instaqramda reklam etdim”./OLAY