Şimali Koreya 86 dəqiqə havada qalan və min kilometrdən çox məsafə qət edən qitələrarası yeni ballistik raketi sınaqdan uğurla çıxarıb.
Mia.az xarici mətbuata istinadla bildirir ki, yeni raketin daha az vaxtda daha uzun məsafədəki hədəfi dəqiqliklə vurması isə həm bölgədə, həm də ABŞ-da gərginlik yaradıb.
Cənubi Koreya və Yaponiya silahlı qüvvələrinin məlumatına görə, bu, Şimali Koreyanın istehsaal elədiyi və indiyə qədər qeydə alınmış ən uzun uçuş müddəti kimi tarixə düşüb.
Bildirilib ki, raket çox yüksək bucaq altında buraxılıb və təxminən 7000 km yüksəkliyə çatıb.
Xəbərdə o da deyilir ki, cümə axşamı həyata keçirilən bu sınaq iki Koreya dövləri arasında münasibətlərin getdikcə pisləşdiyi və Pxenyan administrasiyasının Seula qarşı daha aqressiv ifadələr işlətməyə başladığı bir vaxtda baş tutması təsadüf deyil: "Bölgədə hər an savaş başalya bilər".
Seulun Müdafiə Nazirliyi bəyan edib ki, bu raket sınağı “daha çox və daha yüksək mənzilli” silahların hazırlanmasına yönəlib.
Cənubi Koreya isə bu addıma cavab olaraq Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
ABŞ isə yeni raket sınağına belə reaksiya verib: "Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulmasıdır. Bu vəziyyət onu göstərir ki, Şimali Koreya öz kütləvi qırğın silahlarını və ballistik raket proqramlarını öz xalqının rifahından üstün tutur”.
Şimali Koreya lideri Kim Çen In həmin gün dövlət mediasında dərc olunan bəyanatında bu sınağı “uyğun hərbi addım” adlandırıb: "Bu, həm də düşmənlərimizə dəqiq cavabımızdır. Şimali Koreya heç vaxt nüvə qüvvələrini inkişaf etdirməkdən geri addım atmayacaq".
Lamiyə Əhmədli
MİA.AZ