Görülən işlərin davam etdirilməsi və səyyar xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan "ASAN xidmət”ə regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili üçün 8 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
****
Azərbaycan prezidenti İlham Əliyev Tofiq Zeynalovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. T.Zeynalov Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə təltif edilib.
****Azərbaycan prezidenti İlham Əliyev Rasim Əliyevin "İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. R.Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif edilib.