"Ukrayna NATO-ya üzv ola bilməz".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gözlənilməz bəyanatı Almaniya kansleri Olaf Şolts ZDF telekanalına müsahibəsində deyib.

O, bunun səbəbini Ukraynanın müharibə şəraitində olduğu ilə əlaqələndirib: "Müharibə edən bir ölkə NATO üzvü ola bilməz. Bunu Kiyev rejimi bilməlidir".

Ukraynanın NATO üzvlüyü ilə bağlı Vaşinqton və Vilnüsdə qərarlar verdiklərini xatırladan kansler bildirib: "Hazırda o qərardan başqa əlavə  bir qərara ehtiyac olduğunu düşünmürəm. Əlbəttə, biz Ukraynanı dəstəkləyir və buna davam edəcıyik. Ancaq Rusiya ilə NATO arasında müharibəyə çevrilməməsi üçün sağlam addımlar atılmalıdır. Bu, mənim çox açıq olduğum bir mövzudur və mövqeyimi dəyişməyəcək"

Lamiyə Əhmədli

MİA.AZ