Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İYİU partiyanın sabiq lideri Meral Akşenerə qarşı bütün iddia və şikayətlərini geri götürüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə dövlət başçısının vəkili Hüseyn Aydın açıqlama verib.

O bildirib ki, prezidenti təhqir etdiyi üçün açılan 3 cinayət işi və 4 mülki iddiadan imtina olunub: "Ona qarşı hər hansı iddia, şikayət və təzminat tələbimiz qalmadı..."

Firudin Səfərli

MİA.AZ