Türkiyənin Mardin şəhərində bu gün daha bir terrorçu öldürülüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya informasiya paylaşıb.
Nazir qeyd edib ki, axtarışda olan "Zafer" kod adlı üzvü Özcan Günay Mardinın çöllük ərazisində zərərsizləşdirilib: "Dayanmayacağıq, son terrorçu zərərsizləşdirilənə qədər mübarizə davam edəcək".
Xatırladaq ki, bu gün bu əməliyyatdan əvvəl Mardinin Artuklu rayonunda bir evdə həyata keçirilən əməliyyat çərçivəsində axtarışda olan Ramazan Aktaş da zərərsizləşdirilib.
Firudin Səfəli
MİA.AZ