İsrail ordusu Livanın şərq və cənub bölgələrinə bu gün ağır zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə xeyli ölən və yaralananlar var.

Livan Səhiyyə Nazirliyindən bildirilib ki, İsrail ordusunun Livanın şərqindəki Baalbek-el-Hirmil bölgəsinə hücumunda 5 nəfər həlak olub, 10 nəfər isə yaralanıb: "Ölkənin cənubundakı Nabatiye bölgəsindəki Kessar əz-Zatər məhəlləsinə endirilən zərbə nəticəsində isə daha 5 nəfər öülb, 21 yaralı var".

Xəbərdə deyilir ki, hər iki hücumda parçalanan cəsədlər var: "Dağıntılar altından çıxarılan və hissələrə parçalanmış cəsədlərin kimə məxsuus olması üçün DNT testləri aparılır".

Tahir Şəlvəli

MİA.AZ