Prezidentin köməkçisi Hikmət Hacıyev Avropa komissarı Nikolas Şmitin çərşənbə axşamı Strasburqda Avropa Parlamentində səsləndirdiyi ittiham və çağırışlara cavab verib.

Mia.az xəbər verir ki, o, "POLITICO”ya açıqlamasında Avropa Parlamentindəki bəzi müzakirələri absurd teatr və ya sirki xatırlatdığını deyib: "Dünya bu qurumda biabırçı korrupsiya əməllərini gördü. Azərbaycana qarşı bu cür əsassız iddialar səsləndirənlərin çoxu erməni lobbisi tərəfindən maliyyələşdirilir və Ermənistan hakimiyyətinin piar kampaniyasının tərkib hissəsidir”.

O, həmçinin Avropa İttifaqının İnsan Hüquqları üzrə Komissarına məsləhət də görüb: “Başqalarına ağıl verməkdənsə, Avropa İttifaqında artan insan hüquqları problemlərinə ciddi yanaşsa daha yaxşı olar. Günahsız mülki azərbaycanlıları qətlə yetirmiş erməni hərbi cinayətkarların azadlığa buraxılması çağırışları nasist hərbi cinayətkarlarının azad edilməsinə bərabərdir”.