Haqqında edam qərarı olmasına baxmayaraq, 2020-ci ilin aprel ayında sərbəst buraxılan Türkiyənin nüfuzlu mafiya liderlərindən Alaattin Çakıcının MHP-nin Ankaradakı qərargahında MHP sədri Dövlət Baxçalı ilə görüşməsinin "yanğısı" bitməmiş, bir də əlavə olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Alaattin Çakıcının MHP lideri Baxçalıya səfərinin əks-sədaları davam etdiyi bir məqamda Kürşad Yılmaz da MHP liderini ziyarət edib.

Baxçalının PKK terror qruplaşmasının lideri Abdullah Öcalan haqqında “Gəlsin Türkiyə Böyük Millət Məclisində çıxış eləsin, terrorun bitdiyini elan eləsin" çağırışından sonra mafiya liderlərinin onu ard-arda ziyarətləri isə birmənalı qarşılanmayıb.

Alaattin Çakıcı kimi, Baxçalıya yaxınlığı ilə tanınan Yakup Kürşad Yılmaz görüşdən sonra diqqətçəkən bəyanat verib.

O, "Bəzi şüursuz adamlar cənab Dövlət Baxçalının son açıqlamalarını və məsələnin dərinliyini anlamırlar" deyərək, MHP liderinin "yeni milli oyun qurduğu"nu iddia edib: "Onu bir gün, bir an, bir saniyə belə tək qoymayacağıq, lazım gələrsə, can alıb, can verəcəyik"

Kürşad Yılmazın açıqamasını aşağıda olduğu kimi təqdim edirik:

Onu da qeyd edək ki, 2015-ci ildə “mənfəət məqsədi ilə cinayət təşkilatı (mafiya) yaratmaq və idarə etmək, talama, hədə-qorxu, qəsdən yaralama, girovgötürmə və sair cinayətlərə görə 66 il 3 ay 15 gün həbs cəzası alan Yılmaz 2021-ci ildə qəfildən azadlığa buraxılıb. O, sərbəst buraxılan kkmi, birbaşa MHP qərargahına gələrək, Baxçalını ziyarət etmişdi.

Firudin Səfərli

MİA.AZ