İsrail ordusu Livanın cənubuna aviasiya hücumu həyata keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Sur və Nəbatiyyə şəhərlərinə havadan endirilən zərbələri nəticəsində azı 5 nəfər həlak olub.
Livanın rəsmi agentliyi olan NNA yazıb kii, çoxsaylı yaralılar var: "Hazırda İsrail döyüş təyyarələri ölkənin cənubuna hücumlarını davam etdirir. Ölən və yaralananların sayının artma ehtiamlı böyükdür. Bölgədə ciddi dağıntılar var"
Xəbərdə o da deyilir ki, bu gün İsrail qırıcıları şərqəki Bekaa bölgəsinə də iki dəfə hava zərbəsi həyata keçirib.
Tahir Şəlvəli
MİA.AZ