Türkiyə Böyük Millət Məclisi türk əsgərinin Livandakı xidmət müddəti ilə bağölı yenə qəra verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hərbçilərin Livandakı xidmət müddətinin oktyabrın 31-də başa çatacağı nəzərə alınaraq, daha bir il uzadılması ilə bağlı prezident Ərdoğan tərəfindən imzalanan anlaşma memorandumu deputatlıar tərəfindən qəbul edilib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti İşçi Qrupunun tərkibində xidmətə başlayıb. 

Qeyd edək ki, Livanda 92 türk əsgəri var. BMT Təşkilatı Təhlükəsizlik Şurasının 11 avqust 2006-cı il tarixli qərarına əsasən yaradılmış “beynəlxalq sülhməramlı qüvvələr”də 50-yə yaxın ölkədən 10 mindən çox əsgər xidmət edir.

Firudin Səfərli
MİA.AZ