İsrail ordusunun Qəzzaya hücumu güclənib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə ölənlərin sayı artıb.
Qəzzada Səhiyyə Nazirliyinin məlumatına görə, son 48 saatda daha 115 nəfər həlak olub, 487 nəfər isə yaralanıb: "Bununla da 7 oktyabr 2023-cü ildən bəri Qəzzada ölənlərin sayı 42 min 718-ə, yaralıların sayı isə 100 min 282-yə çatıb".
Tahir Şəlvəli
MİA.AZ