Türkiyə ordusu iki gün əvəvl Ankarada baş verən terror aktından sonra PKK-ya qarşı təzyiqi artırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, dünən Suriya və İraqda 59 PKK terrorçusu məhv edilib: "Bu gün isə İraqın şimalında daha 7 PKK terrorçusu zərərsizləşdirilib. Bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək”.
Samir Musayev
MİA.AZ