2012-ci ildə adı dəyişdirilən Qaradağ Sement Zavodunun ("Holcim-Azərbaycan” ASC) satış prosesi artıq iqtisadiyyat və
sənaye naziri Şahin Mustafaayevin şəxsi nəzarətinə keçib. Daha dəqiqi, Şahin
Mustafayev "Holcim-Azərbaycan” ASC-nin satış distribütorlarına tam sahiblənib. Artıq bütün
distribütiorların fəaliyyəti Şahin Mustafayev tərəfindən tənzimlənir. Onlara nə
qədər mal verilməsindən tutmuş, satış prosesinə qədər hər şey aylıq hesabat şəkilində
şəxsən nazir Şahin Mustafayevə təqdim edilir. Bununla da həmin ASC-nin əcnəbi
səhmdarlarının azərbaycanlı ortaqlarına kələk gəlmək şansları sıfıra endirilib.
Şahin Mustafayev isə qeyri-rəsmi fəaliyyətinə görə hər ay bəlkə də milyonlarla pul
qazanır.
Bu barədə Mia.az-a sement satışı
ilə məşğul olan iş adamlarından biri deyib ki, bu məsələ əvvəlki nazir Heydər
Babayevin sərəncamında olub: «Ancaq 2012-ci ildən, yəni zavodun adı dəyişdiriləndən
qısa müddət sonra Şahin Mustafayev tədricən bu sahəyə açıq nüfuz eləməyə başladı.
Sizə dəqiq deyə bilərəm ki, artıq o, tikinti bazarının bu sektorundan sabiq nazir
Heydər Babayevi tam sıxışdırıb, çıxardı. İndi satış distribütorlarının hamısı birbaşa
Şahin Mustafayevə bağlıdır».
Mənbə deyir ki, Bakının Qaradağ
rayonunda yerləşən "Holcim-Azərbaycan” ASC-nin böyük istehsal gücü var: «Quru
üsulla məhsul istehsal edən bu zavod nəinki Azərbaycana, hətta Cənubi Qafqaz
regionunun sement bazarında ciddi yer tutur. 2011-2012-ci illərdə yanacaq
sərfiyyatı və ətraf mühitə təsir baxımından daha səmərəli sayılan zavodda quru
üsulla sement istehsalı üçün yeni avadanlıqlar alındı. Bir sözlə, 2011-2012-ci illərdə
zavodun yenidən qurulması məqsədiylə üç yüz milyon avro məbləğində zavoda yeni sərmayə
qoyulub və bildirilir ki, həmin məbləğin böyük hissəsi Şahin Mustafayevin tabeliyində olan Sahibkarlığa
Kömək Milli Fondunun vəsaitidir. Məhz bu məsələdən sonra nazir Mustafayevin zavoda
təsir imkanı yarandı və tədricən o, satış
distribütorlarına nəzarəti ələ keçirməyə başladı. Hansı buna qədər həmin rəsmi distribütorlarının
böyük əksəriyyəti Heydər Babayevə bağlı idi. İndisə vəziyyət tam dəyişib».
Mia.az bildirilir
ki, bu sahə Şahin Mustafayevin nəzarətinə keçdikdən sonra vəziyyət parakəndə
satışla məşğul olanların əleyhinə çevrilib: «Artıq rəsmi distribütorlar topdan
satışda yeni qiymət tətbiq etməyə başlayıblar. Bu isə bizim kimi, kiçik
bizneslə məşğul olanların zərərinədir. Yəni bu prosesdən qazanan Şahin
Mustafayevdir. Belə getsə, o, parakəndə satış bazalarını da sıradan çıxaracaq.
Deyilənə görə, bununla o, bütün daxili bazara sahiblənməyi planlayıb».
Mia.az