Metro qəzası ilə əlaqədar Rusiyanın paytaxtında matəm elan olunub.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, iyulun 15-də baş vermiş faciə 79 illik Moskva metropoliteni tarixində ən irimiqyaslısıdır.
 
Son məlumatlara əsasən, qəza nəticəsində 22 nəfər ölüb, 129 nəfər xəsarət alıb.
 
Paytaxt sakinlərindən başqa Rusiyanın 12 regionunun sakini və 5 əcnəbi vətəndaş zərər çəkib, 2 əcnəbi vətəndaş ölüb.
 
Matəm günü ilə əlaqədar iyulun 16-da Moskvada dövlət bayraqları endiriləcək, əyləncəli tədbirlər  təxirə salınacaq.